• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Lukaşenko futbol üzrə Belarus millisini tənqid etdi



Belarus Prezidenti Aleksandr Lukaşenko “Dinamo-Minsk” klubunun uşaq-gənclər futbol mərkəzinin açılışı zamanı ölkə futbolunun mövcud vəziyyətini tənqid edib.

“Futbolçuların bu gün nümayiş etdirdiyi bu miskin vəziyyətə baxmaq yolverilməzdir. Mən federasiya rəhbərinə sual verdim. Ümumiyyətlə, niyə dünən gənclər komandasını futbol meydanına buraxmışdılar? Onların futbol oynamaq niyyətləri yox idi. Yadınızda saxlayın: bu sizin üçün yaxşı dərs olsun”, - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, ötən gün Belarus millisi Çexiya yığmasının qonağı olub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: “BelTA”

ƏN ÇOX OXUNANLAR

  • 12
Rusiyada zəlzələ oldu
0.11277914047241