• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyəli voleybolçular AÇ-nin yarımfinalında məğlub oldular



Voleybol üzrə Avropa çempionatının yarımfinalında Serbiya ilə qarşılaşan Türkiyə millisinin turnirdəki qələbə seriyası qırılıb.

Ay ulduzlu komanda 3-1 hesabıyla məğlub olaraq, yalnız üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə yığması D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər.

“Sultanlar”1/8 finalda  Çexiya, 1/4 finalda isə Polşa millisindən üstün olublar.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.

Mənbə: “Haber Global”

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.1018271446228