• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

15 göydələn partladılaraq yerlə bir edildi – ANBAAN VİDEO



Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində illərdir inşası dayandırılan 15 göydələn məsafədən idarə edilən partlayışla yerlə bir edilib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, göydələnlərin inşasına 2011-ci ildə başlanılıb.

Lakin qısa müddət sonra tikintini həyata keçirən şirkət iflas edib və tikili başqa şirkətin ixtiyarına verilib.

Buna baxmayraq, 2013-cü ildə layihənin inşası birdəfəlik dayanıb.

Bir müddət öncə isə tikintisi səkkiz il əvvəl yarımçıq qalmış binanın təməlinə su yığıldığı müşahidə edilib və hökumət tikintini birdəfəlik sökmək qərarı verib.

Partlayışdan əvvəl ətraf binada yaşayan iki minə yaxın sakin ərazidən təxliyyə edilib.

ƏN ÇOX OXUNANLAR

  • 12
Rusiyada zəlzələ oldu
0.10476422309875