- 4
ENDİRİLİR
ENDİRİLİR
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində millimiz növbəti oyununu keçirəcək.
Baki.Media xəbər verir ki, Azərbaycan millisi Dublində İrlandiyanın qonağı olacaq.
Hər iki komandanın aktivində xal olmadığından, bu matç qrup autsayderlərinin görüşü kimi səciyyələndirilə bilər. Tərəflər əsas komanda səviyyəsində ilk dəfə üz-üzə gələcəyindən, bu, ilk matç kimi tarixə düşəcək.
Qeyd edək ki, millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
4 sentyabr
20:00 İrlandiya – Azərbaycan
Baş hakim: Jerom Brisar (Fransa)
Dublin. “Aviva” stadionu