- 9
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı görüntülər yayılıb.
Kadrları Baku TV-nin çəkiliş qrupu lentə alıb.
Belə ki, müxbir gizli çəkiliş edərək saxta arayışın alınması prosesini və buna görə xəstəxana əməkdaşına 10 AZN ödəniş etməsini lentə alıb.
Azərbaycan Respublikası Narkoloji Dispanserində vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı yayılan görüntülər araşdırlır.
Baş Prokurorluğun Mətbuat xidmətindənbildirilib ki, Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.
Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.
Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.
Daha ətraflı: