• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO



2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. 

Baki.Media xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinalı futbolçular oradan çıxıb.

Həmin an Argentina millisinin kapitanı və PSJ-nin yeni üzvü olan Lionel Messi formasını çıxarıb və fotoqraflardan birinin uniformasını geyinib. Bu isə onun komanda yoldaşları tərəfindən gülüşə səbəb olub. İtaliyanın “Yuventus” komandasında çıxış edən Paulo Dibala məhz belə anda görüntüyə düşüb.

Qeyd edək ki, bu matçda İngiltərə Premyer Liqasında çıxış edən Argentinanın dörd futbolçusu (“Totenhem”dən Covani Lo Selso, Kristian Romero, “Aston Vila”dan Emiliano Martines, Emiliano Buendia) hoteldə karantində qalmalı olsa da, stadiona gəliblər. Belə ki, Braziliya hökuməti Böyük Britaniyanı “qırmızı zona” ölkəsi elan etdiyindən, yerli qanunla oradan gələnlər 14 günlük karantində qalmalıdırlar.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.090245962142944