• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanın tanınmış məşqçisi xərçəngə məğlub oldu - FOTO



Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.

Baki.Media xəbər verir ki, tanınmış futbol məşqçisi Sabir Əliyev vəfat edib.

“Sumqayıt” klubunun futbol akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru işləyən S.Əliyev 73 yaşında dünyasını dəyişib. Azərbaycanın Əməkdar məşqçisi olan S.Əliyev uzun sürən xərçəng xəstəliyindən vəfat edib. O, ölümündən bir müddət əvvəl əməliyyat olunsa da, xəstəliyə qalib gələ bilməyib.

Qeyd edək ki, Sabir Əliyev karyerası ərzində Sumqayıtın “Xəzər” və “Gənclərbirliyi”, Qubanın “Şahdağ” klublarının baş məşqçisi olub. “Xəzər” onun rəhbərliyi altında iki dəfə – 1992-ci və 1993-cü illərdə Azərbaycan çempionatının gümüş medallarını qazanıb. O, “Gənclərbirliyi” ilə I dəstənin çempionu adını qazanıb.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.63084816932678