• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Neftçi”nin oyunçusu ölkəsindəki hərbi çevrilişə görə Bakıya qayıda bilmir



2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda keçirilməli olan Qvineya - Mərakeş oyunu baş tutmayacaq.

Bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı məlumat verilib.

Görüş sentyabrın 6-da Qvineyanın paytaxtı Konakridə baş tutmalı idi. Ölkədəki siyasi vəziyyət səbəbindən oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, həmin səbəbdən “Neftçi”nin oyunçusu Mamadu Keyn də çətin vəziyyətə düşüb. Belə ki, Mərakeşə qarşı oynamaq üçün Vətəninə gedən 24-yaşlı qvineyalı ölkədən çıxa bilmir. 

Xatırladaq ki, ötən gün Qvineyada hərbi çevriliş baş verib. Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya prezident Alfa Kondenin həbs olunduğunu elan edib.

ƏN ÇOX OXUNANLAR

  • 10
Rusiyada zəlzələ oldu
0.096497058868408