• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Sədərək" rəhbərinin oğlu Türkiyədə saxlanılıb? - ŞOK İDDİA



Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və blogerlərin də olduğu 120 nəfəri saxlayıb.

Əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinirlər. Onların yaxın zamanda hakim qarşısına çıxarılacağı bildirilir.

Türkiyə mətbuatında saxlanılanlar arasında Mehman Qədimbəyli adlı azərbaycanlı da var.

Onun "Sədərək" Ticarət Mərkəzinin (TM) rəhbəri Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli olduğu iddia edilir.

Cinayətkar bir dəstə oğurlanmış kredit kartları ilə jeton alıb və bunları TikTok fenomenlərinə göndərib. Daha sonra isə dəstə üzvləri bu məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödəyib. 

Ümumilikdə cinayətkar dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə göndərdiyi qeyd olunur. 

Mövzu ilə bağlı olke.az-a danışan “Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim ilk dəfədir bu barədə eşitdiyini desə də, məlumatları təkzib edib.

Xatırladaq ki, bir müddət öncə mediada və sosial şəbəklərdə Sədərək Ticarət Mərkəzinin sahibinin oğlunun “Tik-tok”da “By MG” adı ilə çılpaq qız videolarına, milli-mənəvi dəyərlərimizə zidd olan əxlaqsız canlı yayımlara da yüksək məbləğdə pul hədiyyələri göndərməsi ilə bağlı məlumatlar yayılmışdı.

Mənbə olke.az

ƏN ÇOX OXUNANLAR

0.027801036834717