Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov yeni vəzifəyə təyin olunub.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu FHN-nin Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, bu vəzifədən əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini idi. Hazırda həmin vəzifəyə polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.
Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.