- 6
ENDİRİLİR
ENDİRİLİR
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı və oğlu hakim qarşısına çıxacaq.
“Ölkə.Az”ın məlumatına görə, Məmmədov Məmməd Cahangir oğlu və Məmmədov Rəhman Məmməd oğlu “Bakı Maqnitofon Kasetləri” ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Onlarla bərabər iddiaçı qismində Məmmədova Esmira Ələsgər qızı və Mehdiyev Ehtibar Ələsgər oğlu da var.
Hakim Nərmin Əhmədovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti açıqlanmayıb.
Mətbuatda dərc olunan məlumatlara görə, Məmməd Cahangir oğlu Məmmədov daha əvvəl “Aqro Kimya” MMC-nin prezidenti vəzifəsində olub və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra bu vəzifəyə oğlu Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.
Qeyd edək ki, “Bakı Maqnitofon Kasetləri” ASC 04.06.2001 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əliyev Mirzə Yusif Mirzə Yusif oğludur. Şirkətin nizamnamə kapitalı 105,750 min manat, hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə, ev 1055-dir.
Məsələ ilə bağlı məlumat üçün Tovuz Rayon İcra Hakimiyyətinə sorğu göndərilib.