- 7
ENDİRİLİR
ENDİRİLİR
Küçənin ortasında qadını qovaraq ona təpik atır. Ana isə azyaşlı qızcığazın yanına gələrək qaçmağa başlayır. Bu zaman azyaşlı atasının onu da təpiklə vuracağından qorxaraq anası ilə özünü yola atır. Nəticədə maşının vurduğu uşaq ölür, qadın isə xəsarət alır.
Xezerxeber.az-ın məlumatına görə, müvafiq görüntüləri yayılan hadisə 4 gün əvvəl Bakının Balaxanı qəsəbəsində baş verib:
“Bakının Balaxanı qəsəbəsində əri tərəfindən şiddətə məruz qalan ailənin yaşadığı evə gedib hadisənin detallarını öyrənmək istədik.
Baş verən hadisədən sonra gözü yaşlı bir ananın bizi qarşılayacağını, atanın isə ümumiyyətlə kamera qarşısına çıxmayacağını gözləyirdik. Amma gözlədiyimiz olmadı...
Özündən 28 yaş böyük kişi ilə ailə quran Lalə İsmayılova əri Hümmət Adıgözəlovun hərəkətlərinə hətta haqq qazandırdı.
Lalə baş verənlərə asanlıqla “qisməti belə imiş” deyib keçir. O, şiddətə öyrəşərək yaşadığının, küçələrdən butulka, dəmir-dümür toplayaraq min bir əziyyətlə övlad böyütdüyünün fərqində belə deyil. Elə rəsmi nikahı olmayan, amma 6 ildir birlikdə yaşadığı Hümmət kimi...” , - deyə süjetdə bildirilir.
Baş verənlərlərə bağlı Ailə, Qadın, Uşaq problemləri üzrə dövlət Komitəsindən bayram günü olduğundan münasibət öyrənmək mümkün olmayıb.
Daha ətraflı süjetdə: