• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sabiq baş direktor həbs edildi: 16 milyon manat mənimsəmədə ittiham edilir



“SOCAR-AQŞ”​ MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib.

“Qafqazinfo.az” xəbər verir ki, Ramin İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilib ki, o, 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə yaradılıb. MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.

ƏN ÇOX OXUNANLAR

0.038597106933594