• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə zəlzələ baş verib



Gürcüstanın cənub-şərqində zəlzələ qeydə alınıb.

Ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən verilən məlumata əsasən, yeraltı təkanlar paytaxt Tbilisidən 54 km aralıda, Kvemo-Kartli (Borçalı) bölgəsinin Salaməleyk kəndi yaxınlığında baş verib.

Günorta saatlarında müşahidə olunan 3.7 bal gücündə zəlzələnin episentri 10 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

ƏN ÇOX OXUNANLAR

  • 3
Rusiyada zəlzələ oldu
0.096468925476074