• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Hacı Beyləqanski” yenidən hakim qarşısına çıxır: cəzası artacaq



Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlı yenidən məhkəmə qarşısına çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ittiham olunur.

Bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) Moskva İdarəsinin nümayəndəsi məlumat verib.

Müstəntiqlərin fikrincə, 2012-ci ildə o, xüsusilə ağır cinayət törətdikdən sonra taclandırılıb. Cinayət işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərilib, daha sonra “qanuni oğru” məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, “Hacı Beyləqanski” 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski)- 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da qanuni oğru adını alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski Rövşənin öldürülməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb, bir müddət sonra azadlığa çıxıb.

Daha sonra İstanbulda “Lotu Quli”yə sui-qəsddə cəhddə şübhəli bilinib, Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birgə saxlanılıb. Bir neçə ay sonra məhkəmə tərəfindən azadlığa buraxılıb. İstanbuldan Moskvaya köçüb.

2019-cu il də bir neçə qətl hadisəsinə görə Hacı Beyləqanski həbs olunub. Moskva Məhkəməsi tərəfindən 19 il müddətə azadlıqdan məhrum edilib, hazırda həbsdədir. O, Moskvada 2012-ci ildə kriminal avtoritet Ded Xasanın (Aslan Usoyan) və yaxın tərəfdarlarından biri İlqar Əliyevi öldürməkdə ittiham olunur.

O, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə də təqsirli bilinib.

 

 

ƏN ÇOX OXUNANLAR

0.040347814559937