- 6
ENDİRİLİR
ENDİRİLİR
Naxçıvan Dövlət Vergi Xidmətinə (DVX) rəis müavini təyinatı diqqəti sabiq müavin Fərrux Əkbərovun fəaliyyətinə yönəldib.
Qaynarinfo.az xəbər verir ki, Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalovun sərəncamı ilə DVX-nin rəis müavini vəzifəsinə Nihad Məhəmmədzadə təyin edilib. Ondan əvvəl isə bu vəzifədə Fərrux Əkbərov çalışıb.
Fərrux Əkbərov bu ilin mayında işdən çıxarılıb. O, Vasif Talıbovun kadrı kimi tanınırdı. Hələ Vasif Talıbovun dönəmində Fərrux Əkbərovdan ciddi narazılıq var idi. Onun ticarət obyektlərindən qanunsuz rüsum yığması barədə iddialar səsləndirilirdi. Hətta yığdığı rüsumun konkret məbləği də açılanırdı - 300 manat.
Bu qanunsuzluğuna göz yumulurdu. Fərrux Əkbərovun Vasif Talıbova yaxınlığına görə.
Vasif Talıbov işdən çıxarıldıqdan sonra Naxçıvanın bütün yerli qurumlarında yoxlamalara və keçmiş Ali Məclis sədrinə yaxın olan kadrların vəzifədən götürülməsinə başlanıldı. Proses indi də davam edir. Bu ilin may ayında isə növbə Fərrux Əkbərova çatdı. Azər Zeynalovun sərəncamı ilə o da işdən çıxarıldı.
Bəzi iddialara görə, Fərrux Əkbərovun fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. Onun taleyi bu araşdırmaların nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Naxçıvan MR Dövlət Vergi Xidməti rəisinin iki müavini var.
Mənbə Qaynarinfo.az