• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Abbas müəllim Məqami Bayramova 15 il təmənnasız dərs keçib...



Azərbaycan Respublikasının Sindo-ryu və Pençak Silat Federasiyasının Vitse-Prezidenti  Abbas Hünbətov haqqında böhtan xarakterli yazılara münasibət bildirib

Bir neçə gün öncə yayılan məlumatlara görə, Azərbaycan Respublikasının Sindo-ryu və Pençak Silat Federasiyasının Vitse-Prezidenti  Abbas Hünbətov haqda  Beynəlxalq Federasiyaya və digər xarici nümayəndəliklərə şikayət məktubu ünvanlanıb.

Şikayət məktunda qeyd edilirdi ki, Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyasının Prezidenti, V dan QARA KƏMƏR sahibi Abbas Hünbətov guya saxta diplomlar verir və idmançılardan yarışlara göndərmək üçün pullar istəyir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası ilə əlaqə saxladıq.

Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyasının Vitse-Prezidenti Abbas Hünbətov bildirdi ki, şikayət məktubunu Beynəlxalq Federasiyaya Məqami Bayramov ünvanlayıb və həmin şəxs onun tələbəsi olub:

"Onun dedikləri yalandı və heç bir əsası yoxdur. Məqami Bayramova 15 il təmənnasız dərs keçməklə yanaşı, həm daxili və xarici yarışlarda, həm də seminarlarda xərclərini özüm çəkmişəm. Məqami Bayramov 2016-cı ilə qədər həm yığma komandanın üzvü, həm də Federasiyada gənclər üzrə baş məşqçi olub. 2016-cı ildən Rusiya vətəndaşlığını qəbul edib və Rusiya yığma komandasının üzvü olub. 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatında Rusiyanı təmsil edib və 2-ci yerə layiq görülüb."

Belə qənaətə gəlmək olar ki, Məqami Bayramov kimlərinsə məqsədyönlü niyyətinin həyata keçirilməsi üçün Federasiya daxilində pozuculuq işləri aparmağa başlayib və Federasiyanın nizamnaməsinə qarşı çıxır.

Sonda onu da bildirək ki, Məqami Bayramov Rusiya vətəndaşı olmağına baxmayaraq, hələ də "Sərhəd Qoşunların"da işləyir.

Xatırladaq ki, Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası 1997-ci ildə "Sindo-ryu" adı altında rəsmi Dövlət qeydiyyatına alınıb. 

1997-2005-ci illərdə Federasiyanın Prezidenti  Hünbətov Abbas təyin edilib. 2005-ci ildən Federasiyanın Prezidenti kimi İlham Rəhimov fəaliyyət gostərib və Hünbətov Abbas Federasiyanın VİTSE-PREZİDENTİ təyin olunub.

2009-cu ildə Federasiyanın adı dəyişərək  "Azərbaycan Respublikasınln Sindo-ryu və Pençak Silat Federasiyası" kimi qeydiyyata alınıb.

2021-ci ildən etibarən İlham Rəhimov Federasiyanın Prezidenti vəzifəsindən istefa verib və Prezidentliyə Hünbətov Abbasın namizədliyini təklif edib.   

Federasiyanın Prezidenti  Hünbətov Abbas müxtəlif döyüş növləri üzrə yüksək nəaliyyətlər qazanaraq V dan qara kəmərə sahib olub.

2001-ci ildə kişilər arasında Dünya çempionu, 2017-ci ildə  yaşlılar arasında Avropa çempionu adını qazanan Hünbətov Abbasın tələbələri arasında Dünya, Avropa çempionları Azərbaycan bayrağını Beynəlxalq yarışlarda yüksəklərə qaldırıblar.

Qarşı tərəf kimi adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

 




ƏN ÇOX OXUNANLAR

0.023175954818726