- 6
ENDİRİLİR
ENDİRİLİR
Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin rəisi polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.
Bu barədə “Unikal” məlumat yayıb.
Bildirilir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Ədalət Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, polkovnik Ədalət Sadıqov bir müddət əvvəl idarə etdiyi “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuşdu. Nəticədə rayonun Aşağı Quşçu kənd sakini, 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölmüşdü.