• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı



Almaniyada son sutkada koronavirusa 39 676 nəfər yoluxub. Bu, ölkədə bütün pandemiya dövründə maksimum göstəricidir.

Bundan əvvəlki antirekord noyabrın 5-də qeydə alınıb, o zaman gün ərzində 37 120 yoluxma halı aşkar edilib.

Epidemiya başlayandan indiyədək Almaniya Federativ Respublikasında 4 844 054 nəfərdə koronavirus qeydə alınıb.

Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə bir gündə 236 xəstə ölüb. Almaniyada pandemiyanın bütün dövründə ölənlərin ümumi sayı 96 963 nəfərə çatıb.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

  • 13
Rusiyada zəlzələ oldu
0.09148907661438