- 6
ENDİRİLİR
ENDİRİLİR
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “CMT Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Yeniavaz.com xəbər verir ki, QSC metropolitenin tunellərində istifadə olunan xüsusi qoruyucu polimer örtüklərinin satın alınmasına görə MMC-yə 694 min 729 manat 84 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “CMT Group” MMC-nin hüquqi ünvanı Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşir.
MMC-nin qanuni təmsilçisi Eynar Hacı Vüqar oğludur.