• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

DÇ-2022: İbranın uğursuz qayıdışı və ermənilərin puç olan ümidləri



Futbol üzrə Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura start verilib.

Baki.Media xəbər verir ki, bütövlükdə dörd qrupda on matçın keçiriləcəyi oyun günündə artıq bəzi qarşılaşmalar başa çatıb.

B qrupunun lideri İsveç Gürcüstan səfərindən əliboş qayıdıb. Qonşu ölkə millisinin 2:0 üstünlüyü ilə bitən matç skandinaviyalıların heyətində Zlatan İbrahimoviçin milliyə qayıdışı ilə əlamətdar olub.

H qrupunda Rusiya doğma azarkeşləri önündə Kipri darmadağın edib - 6:0. Qarşılaşma meydanda cərəyan edənlələ yanaşı, tribunalarda baş verənlərlə də yadda qalıb. Belə ki, fasilədə rusiyalı tərəfdarların olduğu sektorda kütləvi olub. Bir müddət sonra ixtişaşın səbəbkarları stadionu tərk ediblər.

Ermənistan - Şimali Makedoniya matçında da darmadağın qeydə alınıb. Lakin bu dəfə uduzan tərəf ev sahibi olub (0:5). Bununla da, Ermənistan qrup ikincisi olaraq DÇ-2022-də iştirak şanslarını itirib.

DÇ-2022-nin seçmə mərhələsi

IX tur

A qrupu

Azərbaycan – Lüksemburq 1:3

B qrupu

Gürcüstan – İsveç 2:0

H qrupu

Rusiya – Kipr 6:0

J qrupu

Ermənistan – Şimali Makedoniya 0:5

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.090829849243164