- 2
ENDİRİLİR
ENDİRİLİR
Moskvada məhkəmə kriminal iyerarxiyada ən yüksək vəzifə tutmaqda təqsirli bilinən kriminal dairə rəhbərini 21 il müddətinə azadlıqdan məhrum edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Söhbət kriminal dairələrdə “qanuni oğru” Hacı Beyləqanski kimi tanınan Talıbxanlı Hacıbab Tahir oğlundan gedir,
Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə criminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. O, 2012-ci ildə Moskvada Presnenski Valda yolda pusquda durub və bir neçə güllə atıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.
Lent.az məlumatda adı adıgedən Hacıbaba Talıbxanlının kimliyinə aydınlıq gətirib. Bu şəxs, 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olmuş Talıbxanlı Hacıbaba Tahir oğludur. Orta təhsillidir. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb. Onu “taclandıranlar” arasında Rövşən Lənkəranskiylə yanaşı Tariyel Oniani (Taro), Qivi Tbilisski, Koba Baqdatski, Timoxa Qomelski, Siripa Kutaisski, İka Suxumski, Cemo, Romik Kurd kimi “qanuni oğru”lar iştirak edib.
Həmin gün Hacı Beyləqanski ilə bərabər daha 15 nəfərə qanuni oğru adı verilib.
Bəzi mənbələrə görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakinskini məhz onun əmri ilə qətlə yetirib.