• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qarabağ separatçılarının daha bir üzvü saxlanılaraq Bakıya gətirildi - VİDEO



Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə separatçı rejimin “müdafiə naziri vəzifəsində” çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Bundan başqa, “Vətəndaş şüuru” ictimai təşkilatının prezidenti Narek Samsonyanda öz facebook səhifəsində belə yazıb: “General-leytenant Levon Mnatsakanyan təzəlikcə Qarabağdan Ermənistana gedərkən NBM-də azərbaycanlılar tərəfindən saxlanılıb".

Xatırladaq ki, bundan öncə, sentyabrın 27-də separatçıların lideri Ruben Vardanyan, həmçinin Davit Manukyan saxlanılaraq həbs ediliblər.

ƏN ÇOX OXUNANLAR

0.077666997909546