• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Milli Qəhrəman Riad Əhmədovun bacısı: “Ürəyimiz 31 ildir yaralıdır, heç sağalmır” - VİDEO



“Biz bu faciəni 31 il bundan öncə yaşamışıq. Bu gün də həmin hissləri yenidən yaşayırıq. Amma sevinirik ki, qardaşımın nəşi tapılıb”.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova söyləyib.

M.Əhmədova qeyd edib ki, Riad çox xeyirxah, sadə və vətənpərvər insan idi:

“Atamız Fikrət Əhmədov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. Buna baxmayaraq, atamızın vəzifəli şəxs olduğunu bilmələrini istəmirdik”.

Şəhidin bacısı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

ƏN ÇOX OXUNANLAR

0.080382108688354