• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhidlə vida mərasimi keçirilib



Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapılan Elmar İnqilab oğlu Məmmədovun nəşi ailəsinə təhvil verilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasiminin keçirilməsi üçün şəhidin cənazəsi Şamaxı şəhərinə gətirilib.

Şəhidin cənazəsini şəhərinin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri qarşılayıblar. Daha sonra şəhidin nəşi cənazə namazı qılınması üçün Şamaxı rayon Cümə məscidinə gətirilib və vida mərasimi təşkil olunub.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər. Mərasim başa çatdıqdan sonra Elmar Məmmədovun meyitinin qalıqları Şamaxı rayon Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Elmar İnqilab oğlu Məmmədov 1967-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. O, 1992-ci il yanvar ayının 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşüb. Şuşanın Daşaltı kəndi düşmən işğalından azad olunduqdan sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Elmar Məmmədova aid olduğu təsdiqlənib.

ƏN ÇOX OXUNANLAR

0.09272289276123