• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Separatçı liderlər tapıldı: Qarabağdadırlar



Qarabağ separatçılarının keçmiş “rəhbərlər”i Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan hazırda Qarabağdadır.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib. Qəzet yazır ki, bu gün Xankəndidə Azərbaycan rəsmiləri ilə onların təhlükəsizliyi müzakirə ediləcək.

KİV-in məlumatına görə, bu gün səhərdən etibarən, hökumətyönlü erməni KİV-ləri separatçı-xunta “liderlər”inin, eləcə də tanınmamış “DQR”ə məxsus “hökumət rəsmiləri”nin Ermənistana keçməsi ilə bağlı məlumatlar tirajlayıblar:

“Bununla əlaqədar şayiələr yayılsa da, bir qədər əvvəl olub ki, bu şayiələr reallığa uyğun gəlmir. Bildirək ki, dünən günortaya kimi onlarla əlaqə olub, günortadan sonra isə “liderlər”lə əlaqə saxlamaq mümkün olmayıb. Onların hazırda Xankəndidə olub-olmaması sual altındadır”.

Bundan başqa, TASS agentliyi öz mənbəsinə istinadən məlumat yayıb ki, keçmiş separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan hələ də Xankəndindədirlər. Onların taleyi ilə bağlı danışıqlar davam edir.

Separatçı liderlərin Ermənistana köçməsi ilə bağlı məlumatları təkzib edilib. Onlar Xankəndində gizlənməkdə davam edirlər.

Bundan öncə onların Qarabağdan çıxa bildiyi deyilirdi.

Daha sonra erməni media nümayəndəsi də yayılan xəbərlərin doğru olmadığını söylədi.

Xatırladaq ki, hər 3 şəxs Azərbaycan xüsusi-xidmət orqanları tərəfindən separatçılıq fəaliyyəti ilə bağlı axtarışa verilib. Belə ki, tanınmamış quruma bağlı bir neçə şəxsin, o cümlədən hərbçilərin silsilə həbsindən sonra başda A. Arutyunyan olmaqla digər bölücü “siyasilər”in də həbs edilməsi tələbi ilə Azərbaycan tərəfi çıxış etmişdi.

ƏN ÇOX OXUNANLAR

0.082129955291748