• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ümumdünya Karate Federasiyası dünya çempionumuzdan yazı hazırladı - FOTO



Ümumdünya Karate Federasiyası (WKF) 16-22 noyabr tarixlərində Dubayda keçiriləcək dünya çempionatında titulunu qorumağa gələcək idmançı kimi qadın millimizin üzvü İrina Zaretskayaya da yer ayırıb.

Baki.Media-ın xəbərinə görə, onun beynəlxalq yarışlarda 11 qızıl medal qazandığı, budəfəki dünya çempionatına son çempion kimi qızıl xətləri olan karate forması ilə çıxacağı vurğulanıb.

3 yaşında idmana başladığı, ilk qızıl medalını 16 yaşında – 2012-ci ildə qazandığı və bunun yeniyetmələrin Avropa çempionatına təsadüf etdiyi, növbəti il gənclərin dünya çempionu olduğu bildirilib.

2014-cü ilədək Ukraynanı təmsil etdiyi, daha sonra vətəndaşlığını dəyişdirərək Azərbaycanı seçdiyi qeyd edilib. Böyüklər arasında dünya çempionatında ilk dəfə 2016-cı ildə Avstriyanın Lints şəhərində iştirak edib, 2018-ci ildə Madriddə dünya çempionu olub.

Daha sonra Olimpiadada gümüş medal qazandığı bildirilib və yazı onun sözləri ilə başa çatdırılıb: “Mən mütləq ən yaxşı olmaq və hər zaman lider mövqeyimi qorumaq istəyirəm”.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.086817979812622