• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Argentina Uruqvaya səfərdə qalib gəldi: Messi start heyətdə yer almadı - VİDEO



Futbol üzrə Argentina millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Baki.Media xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda Uruqvayın qonağı olub.

Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya vurub.

Onun millidəki və klubdakı komanda yoldaşı Lionel Messi isə matça yalnız 76-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Argentina turnir cədvəlində 28 xalla ikinci, Uruqvay isə 16 xalla altıncı pillədə qərarlaşıb.

 

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.088356018066406