• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Güney Azərbaycanda məhkəmə sədri bölgə əhalisini hədələyərək “qarətçi” adlandırdı



Şərqi Azərbaycan əyalətinin Xarvana bölgəsinin məhkəmə sədri höccətülislam Səmii, Əndirian qızıl mədəni ətrafında yaşayan yerli əhalini təhqir edib. 

“GünAz.Tv” xəbər verir ki, kəndliləri qarətçilikdə günahlandıran məhkəmə sədri onlara qarşı sərt tədbirlər görülməsini istəyib. O, yerli sakinləri bölgədə yerləşən qızıl mədənlərindən qanunsuz və gizli şəkildə qızıl konsentratı əldə etdiklərini, bunun xəyanət və xalqın malını oğurlamaq olduğunu deyərək, hüquq-mühafizə orqanlarını daha ciddi addımlar atmağa çağırıb. 

Məhkəmə sədri bölgə məhkəmələrinə göndərilən cinayət işlərinin 35 faizinin qızıl konsentratı qaçaqmalçılığı ilə bağlı olduğunu qeyd edib. 

“Xalqın əmin-amanlığını, ictimai asayişini pozmaq, milli sərvətləri talamaq məhkəmə sisteminin qırmızı xəttidir və qanunu pozanlarla mübarizə isə məhkəmənin fəaliyyətinin prioritet istiqamətidir”, - deyə Səmii bildirib. 

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan “Əndirian” qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib. Bundan öncə də İran hökumətinə bağlı media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar. Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir. Əndəryan kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan kimi ölkələrin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır. Əndərian Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. 

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Sözügedən maddə sonradan yeraltı suları da çirkləndirir.

ƏN ÇOX OXUNANLAR

  • 13
Rusiyada zəlzələ oldu
0.090308904647827