• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyanın mühafizəçisinin evinə qumbara atılıb



Ermənistanın Baş naziri Nikol Paşinyanın mühafizəçisinin evinə qumbara atılıb. Bu barədə erməni mətbuatı xəbər verib.

Hadisə Kotayk rayonunun Kotayk kəndində gecə saat 02:00 radələrində baş verib. Belə ki, naməlum şəxs kənd sakinlərindən birinin evi istiqamətində qumbara atıb. Ev sahibinin övladların biri Paşinyanın mühafizəçisidir.

Polis məlumatı təsdiqləyib.

İnsident nəticəsində ölən və yaralanan yoxdur, binaya zərər dəyib.

Hazırda dəymiş ziyanın miqdarı və hadisənin bütün şəraiti araşdırılır.

Faktla bağlı ilkin istintaqa başlanılıb.

ƏN ÇOX OXUNANLAR

  • 13
Rusiyada zəlzələ oldu
0.1198890209198