• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi - VİDEO



DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IX tur davam edir.

Baki.Media xəbər verir ki, G qrupunda günün ilk iki matçı baş tutub.

Türkiyə yığması öz meydanında Cəbəllütariqlə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 6:0 hesablı darmadağını ilə yekunlaşıb.

Bu qələbədən sonra Türkiyə yığması xal hesabını 18-ə çatdırıb. Norveçin evdə Latviya ilə qolsuz heç-heçə etməsi “ay-ulduzlular”ın ikinci sıraya yüksəlməsi üçün yetərli olub. Şimallıları top fərqində keçən Ştefan Kuntsun yetirmələri Niderlanddan bir xal geri qalır.

Qeyd edək ki, qrupun bu gün baş tutan Norveç – Latviya görüşü 0:0 hesabı ilə başa çatıb.

Niderland isə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmada Monteneqronun qonağı olacaq.

ƏN ÇOX OXUNANLAR

  • 11
Rusiyada zəlzələ oldu
0.077396154403687