• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hindistanda havanın çirklənməsi ilə əlaqədar məktəblər bağlanıb



Hindistanın paytaxtı Dehlidə havanın həddən artıq çirklənməsi ilə əlaqədar məktəblər bir həftəlik qapadılıb.

Bu barədə Hindistan paytaxtının rəhbəri Arvind Kedjrival məlumat yayıb.

O qeyd edib ki, uşaqlar çirkli hava ilə nəfəs almağa məcbur deyillər və dərslər virtual qaydada keçiriləcək.

Paytaxt rəhbəri əlavə edib ki, şəhərdə tikinti işlərinə də dörd günlük fasilə veriləcək.  

Öz növbəsində dövlət qurumlarının əməkdaşları da bir həftə ərzində evdən işləməli olacaqlar.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.12499189376831