• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Shell” adını və yerini dəyişəcək



Dünyanın ən iri enerji şirkətlərindən olan “Royal Dutch Shell” ciddi dəyişikliklər astanasındadır.

Britaniya və Niderland birgə müəssisəsi adını dəyişməyə və baş qərargahını Niderlanddan Britaniyaya köçürməyə hazırlaşır.

Dəyişikliklər şirkətin səhm strukturunu da əhatə edəcək. Korporativ idarəetmə sistemi isə olduğu kimi qalacaq.

Neft-qaz nəhənginin direktorlar şurası sədri Endryu Makkenzinin sözlərinə görə, şirkətin adı sadəcə “Shell” şəklində qısaldılacaq. Bu və digər dəyişikliklər onun rəqabət qabiliyyətini artıracaq.

Məsələ ilə bağlı yekun qərar dekabrın 10-da direktorlar şurasının toplantısında qəbul ediləcək

Mənbə: shell.com

ƏN ÇOX OXUNANLAR

  • 14
Rusiyada zəlzələ oldu
0.1369800567627