• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bayram sevinci ilə atdığı fişəng qadına dəydi - VİDEO



Rusiyada Hərbi Dəniz Donanması Günü münasibəti ilə keçirilən bayram tədbirində bədbəxt hadisə yaşanıb. Belə ki, Primorsk sakininin atdığı fişəng yaxınlıqda dayanan qadına dəyib.

Bu barədə “RİA” Novosti xəbər verib.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlardan aydın olur ki, sakinlərdən birinin atdığı fişəng küləyin təsiri ilə istiqamətini dəyişərək  qadının ayağına dəyir.

Polis hadisə ilə bağlı yoxlamalara başlayıb.

Qadın bud nahiyəsinin travması ilə xəstəxanaya yerləşdirilib.

ƏN ÇOX OXUNANLAR

  • 9
Rusiyada zəlzələ oldu
0.089709043502808