Bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
“Beynəlxalq təzyiq var və artır, lakin beynəlxalq təzyiq artdıqda biz birləşməli, müharibəni dayandırmaq cəhdlərinə qarşı durmalıyıq”, - Netanyahu bildirib.
O, HƏMAS qruplaşmasının tam məhvinə nail olacağına söz verib.
"İsrail Qəzza zolağında, o cümlədən HƏMAS-ın son qalası olan Rəfahda əməliyyatlarını davam etdirəcək", - baş nazir əlavə edib.
Qəzza zolağında son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri külli miqdarda silah və sursat aşkar edib, həmçinin anklavın cənubundakı Xan Yunis şəhərinin bir neçə bölgəsində HƏMAS-ın bir neçə komanda məntəqəsini məhv edib. Qəzza zolağının mərkəzi hissəsində İsrail hərbçiləri HƏMAS-ın bir qrup silahlısını məhv edib.
Artilleriya Qəzza və anklavın digər şəhərlərindəki hədəfləri də atəşə tutub. // report