Ermənistan hökuməti Rusiya ilə siyasi və hərbi münasibətləri açıq-saçıq şəkildə kəsmək istiqamətində addımlar atır.
Ölkə.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin İrəvanın Zvartnots hava limanında rus sərhədçilərinin fəaliyyətinin dayandırılması tələbini şərh edərkən deyib.
"Ermənistan hökuməti Rusiya ilə əlaqələri nümayişkaranə şəkildə kəsir. Növbəti addımı atmaq üçünsə səbəb axtarır. Bu siyasət davamlı xarakter alıb. Bu onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ "Zvartnots”dakı rus hərbçilərinin çıxarılması ilə məhdudlaşmayacaq", - Zatulin qeyd edib.
O əlavə edib ki, bunun ardınca digər addımlarını atacaqlar. "Artıq yavaş-yavaş KTMT-dən çıxmağı həyata keçirirlər, sonra da Gümrüdəki hərbi bazanın çıxarılması məsələsini qaldıracaqlar”, - Zatulin vurğulayıb.
Mürtəza
Ölkə.Az