Avstriya hakimiyyəti Rusiyaya öz milli təhlükəsizlikləri baxımından daha real qiymət vermək niyyətindədir.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Die Presse” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Avstriyanın mövcud strategiyasında Rusiya əhəmiyyətli tərəfdaş adlandırılır.
Məlumatlı dairələrin fikrincə, Rusiya Federasiyası ilə bağlı daha real qiymətləndirmə aparılacaq. Eyni zamanda rəsmi Vyana Ukrayna, Moldova və Gürcüstanın “Avropa yolunda” istəklərini dəstəkləmək niyyətindədir.
Strategiya layihəsində Avstriyanın neytral statusu vurğulanır. O, NATO ilə siyasi dialoqu dərinləşdirmək, silahlı qüvvələrinin maraqlarına uyğun olaraq mülki və hərbi əməkdaşlıq formatlarında, təlimlərdə və tərəfdaşlıq platformalarında daha fəal iştirak etmək istəyir.
Avstriya hökuməti tərəfindən yeni təhlükəsizlik strategiyası müzakirə olunur. Sənədin dərc olunma tarixi açıqlanmayıb.