• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qaribaşvili: Gürcüstan Rusiyaya qarşı “ikinci cəbhə” açmaq riski ilə üz-üzədir



Gürcüstan hərbi münaqişəyə cəlb olunmaq və Rusiyaya qarşı “ikinci cəbhə” açmaq riski ilə üz-üzədir.

"Ölkə.az" xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili deyib.

“Payızda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün çox önəmlidir. Biz sabitliyi, sülhü, iqtisadi inkişafı qoruyub saxlamışıq”, - deyə partiya sədri vurğulayıb.

Eyni zamanda, Qaribaşvili qeyd edib ki, 2022 və 2023-cü illərdə “ikinci cəbhə”nin açılması ilə ölkənin müharibəyə cəlb olunmasına dair mövcud olan risklər hələ də aradan qalxmayıb.

Siyasətçinin sözlərinə görə, “Gürcü arzusu”nun qələbəsi gürcü xalqı üçün sülh və sabitliyin qorunmasında yeganə alternativ həll yoludur.

ƏN ÇOX OXUNANLAR

0.02994704246521