Tanzaniyanın Pemba adasında 79 nəfər dəniz tısbağasının ətindən zəhərlənib.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlər onlardan 9-nu xilas edə bilməyiblər.
Qeyd edilib ki, ölənlərin 8-i uşaqdır.
Dəniz tısbağası əti Zanzibar sakinləri arasında incəlik hesab olunur, insanlar üçün təhlükəli qida zəhərlənməsi növü olan çelonitoksikizmə səbəb ola bilər.
Məhsulda həmçinin ciddi yoluxucu xəstəliklərə səbəb olan bir çox parazit və bakteriya, toksinlər, ağır metallar var.(publika.az)