• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

KİV: Yaponiya müdafiə istehsalını artıra bilər



Yaponiya və Birləşmiş Ştatlar birgə müdafiə istehsal sistemini gücləndirməyə hazırlaşır, çünki Birləşmiş Ştatlarda istehsal gücü Ukraynaya davamlı hərbi dəstəyin artan təzyiqi altındadır.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunur ki, mövzu Yaponiyanın Baş naziri Fumio Kişidanın aprel ayında Vaşinqtona planlaşdırılan səfəri və ABŞ Prezidenti Cozef Baydenlə görüşü zamanı müzakirə olunacaq. Tərəflər hər şeydən əvvəl müdafiə müəssisələri arasında əməkdaşlığı gücləndirmək istəyirlər, çünki Birləşmiş Ştatlar Ukraynaya uzunmüddətli dəstək səbəbindən artilleriya mərmiləri və raket ehtiyatlarının tükənməsi ilə bağlı böhran hiss edir.

Bu baxımdan onlar Vaşinqtonun hazırda ən çox ehtiyac duyduğu müdafiə təyinatlı məhsulların siyahılarını razılaşdırmaq niyyətindədirlər. Xüsusilə, söhbət ABŞ-nin Ukraynaya tədarük etdiyi haubitsalar üçün komponentlərdən gedir. Bəzi sursat növləri də siyahıya daxil edilə bilər. Bu, ABŞ-yə öz təchizatını artırmağa və digər resursları Ukraynaya yardıma yönəltməyə imkan verəcək.

Bundan əlavə, Yaponiya və ABŞ səlahiyyətliləri yapon şirkətlərinin Amerika hərbi texnikasına müntəzəm olaraq xidmət göstərməsi və təmir edəcəyi sistemin yaradılması imkanını nəzərdən keçirir və bu məsələni qarşıdan gələn sammitin gündəliyinə daxil etməyi planlaşdırırlar.

Yaponiya ötən ilin sonunda müdafiə ixrac qaydalarını yüngülləşdirərək, ABŞ-yə “Patriot” raketdən müdafiə raketlərini və Böyük Britaniyaya 155 mm-lik artilleriya mərmilərini göndərməyə razılıq verib.

Yaponiya, ABŞ və Böyük Britaniyadakı müşahidəçilərin fikrincə, bu tədbirlər Ukraynaya dəstəyi gücləndirəcək. Yaponiyanın ixrac qaydalarının yumşaldılmasının özü təchiz edilmiş avadanlığın silahlı münaqişənin tərəfləri olan üçüncü ölkələrə təkrar ixracına imkan vermir, lakin Kiyevə yardım nəticəsində azalmış anbarlardakı ehtiyatları doldurmağa imkan verəcək. Bundan əlavə, məsələn, ABŞ Ukraynaya nəinki özünün “Patriot” raketlərini tədarük edə, həm də onları Avropadakı tərəfdaşlarına göndərə biləcək ki, onlar da öz silahlarını Kiyevə verirlər.

ƏN ÇOX OXUNANLAR

0.033797025680542