Xorvatiyada Sabor (birpalatalı parlament) qarşıdan gələn parlament seçkisi ərəfəsində cümə axşamı keçirilən növbəti iclasından sonra buraxılıb.
"Ölkə.az" xəbər verir ki, bunu parlamentin spikeri Qordan Yandrokoviç deyib.
Səsvermənin nəticələrinə yekun vuran Yandrokoviç “143 lehinə səslə Xorvatiya parlamentini buraxmaq qərarına gəldik. Sizə uğurlar arzulayıram”, - deyib.
Qanuna uyğun olaraq, Xorvatiya Prezidenti Zoran Milanoviç seçki tarixini aprelin sonu - mayın əvvəlinə təyin etməli olacaq ki, bu müddət ərzində Saborun 11-ci çağırışı da seçiləcək.
Xatırladaq ki, Xorvatiyada 2020-ci il iyulun beşində keçirilmiş əvvəlki parlament seçkilərinin nəticələrinə görə, hakim Xorvatiya Demokratik İttifaqı partiyası 66 mandat əldə edərək, böyük qələbə qazanıb.