Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın işğal altındakı Donbas bölgəsinə səfər etməyi planlaşdırdığını bildirib.
"Ölkə.az" xəbər verir ki, bu barədə XİN başçısı “SolovyovLive”a müsahibəsində söyləyib.
“Oraya hazırlaşıram. Luqansk və Donetskdə Rusiya XİN-in nümayəndəlikləri açıqdır. Zaporojye və Xerson vilayətlərində onlar daha sonra yaradılacaq. Oraya gedib nümayəndəliklərimizin əməkdaşları ilə danışmaq istəyirəm. Onların ehtiyaclarına baxmaq istəyirəm”, – Lavrov bildirib.
Xatırladaq ki, özündə əsasən Ukraynanın Donetsk və Luqansk vilayətlərini ehtivan edən Donbas bölgəsinin əhəmiyyətli hissəsi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ildən isə rəsmən Rusiya Silahlı Qüvvələrinin işğalı altındadır.