"Squid Game” serialının ulduzu Oh Young-Sooya cinsi təcavüz ittihamı ilə şərti cəza verilib.
Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məhkəmə Oh Young-Soonu səkkiz aylıq şərti həbs cəzasına məhkum edib və cinsi zorakılığa dair 40 saatlıq dərslərdə iştirak etməklə cəzalandırıb.
Oh Young-Soo qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, hadisə 7 il əvvəl baş verib. 79 yaşlı aktyor həmkarını qəfil qucaqlayıb yanağından öpüb. Adı açıqlanmayan aktrisa Soonu ona nalayiq şəkildə toxunmaqda ittiham edib.