Liviyada yerin səthində güclü qırılmalar başlayıb.
Hadisə şahidləri bununla bağlı kadrları sosial şəbəkə hesablarında paylaşıblar.
Bildirilib ki, qırılma paytaxt Tripolinin cənubundakı Əs-Subaya bələdiyyəsinin Uled Əbu Aişə bölgəsində görünüb. Çatların dərinliyi 10 metrdən başlayır, bəzi yerlərdə isə daha dərindir.
Məlumata görə, çatların uzunluğu qırılmanın başladığı bir neçə gün ərzində beş kilometri keçib.