• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çində qadın quyruqlu uşaq dünyaya gətirib - FOTO



Çində qadın ombasında quyruq formalı böyüyən körpə dünyaya gətirib. 

Ölkə. Az xəbər verir ki, bu barədə “Metro” yazır.

Çinli pediatr doktor Li internetdə nadir rast gəlinən hadisənin görüntülərini paylaşıb. O, yeni doğulan oğlanın bel və omba nahiyəsində quyruğa bənzər 10 santimetrlik formalaşmanı  göstərib. O əlavə edib ki, anomal hadisə dölün inkişafındakı pozuntuların nəticəsi ola bilər. Həkim həmçinin körpənin zəncirlənmiş kordon sindromu adlı bir xəstəliyin olduğundan şübhələnib. Bu, onurğa beyninin ətrafdakı toxumalara "bağlandığı" və hərəkətin məhdudlaşdırıldığı bir xəstəlikdir. Normalda onurğa beyni onurğa kanalı daxilində sərbəst hərəkət edir. Lakin bu sindrom zamanı sabit qalır və sərbəst hərəkət edə bilmir.
Sonradan MRT müayinəsi pediatrın şübhələrini təsdiqləyib.

Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.027462959289551