• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kral ailəsinin skandal gəlini: Əri xəyanət etdiyinə görə...



Uels şahzadəsi Keyt Middltonun qəfildən yoxa çıxması və 2 aydan çox heç bir yerdə görünməməsi barəsində bir sıra iddialara səbəb olmuşdu.

Ölkə.Az xəbər verir ki, kral ailəsinin açıqlamasında şahzadənin qarın bölgəsindən əməliyyat edildiyi deyilsə də, bu məlumatın doğruluğu şübhə doğurmuşdu.

Bu da Vilyamın Keyt Midltonla boşanması və bunu açıqlamaqdan çəkindikləri, hətta Villiamın həyat yoldaşına xəyanət etdiyi və ona şiddət göstərməsi kimi iddiaların üzə çıxmasına səbəb olmuşdu.

Səsləndirilən iddialar arasında şahzadənin körpəsini itirməsi, bətninin əməliyyatla götürülməsi, xərçəng olması və hətta ölümünə günlər qalması kimi fikirlər yer almışdı.

Şahzadə Keytin analar günündə övladları ilə foto paylşamasından sonra da barəsində söylənilənlər bitmir.

Bu dəfə də əri Villiamın ona xəyanət etdiyi, hətta sevgilisinin hamilə olduğu bildirilir.

İddiaya görə, Vilyam atasının yaxın dostu Markes Devid Çolmondolinin qızı Rouz Hanberi ilə münasibəti var.

Üstəlik, keçmiş model Rouz bu münasibətdən hamilə qalıdığı, evliliyindən əkiz oğlan və bir qızı olan Rouzun Vilyamdan olan körpəsini dünyaya gətirmək qərarına gəldiyi bildirilir.

Əslində, münasibətdən xəbərdar olan Keytin sonda dözə bilmədiyi və psixi sağlamlığını itirdiyi və müalicə almaq məcburiyyətində qaldığı da səsləndirilən versiyalardandır.
Keytin hətta boşanmağa cəhd etdiyi bildirilir.

Üçüncü və son versiyaya görə, bütün bu hadisələrdən sonra Keyt bütün Britaniya kral ailəsinə onlar üçün nə qədər vacib olduğunu göstərmək qərarına gəlib. O, vəzifəsindən geri çəkilərək, ictimaiyyətə çıxmamaqla “ailəni çökdürməyə” çalışıb.

Qeyd edək ki, kral III Çarlzdan sonra taxt növbəsi omum oğlu şahzadə Vilyamdadır. Hazırda xərçəng olan kralın ölümündən sonra ölkədə kraliça titulunu Keyt Midlton daşıyacaq. Hələ hakimiyyətə gəlməmiş barəsində çox sayda şayiələrin olmasına görə, xarici mətbuatda onu "skandal gəlin" adlandırmağa başlayıblar.

Billurə

 

ƏN ÇOX OXUNANLAR

0.045006036758423