• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

UEFA “Barselona”nı PSJ ilə oyuna görə cərimələdi



Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyunu zamanı azarkeşlərin davranışına görə “Barselona”nı cərimələyib.

Görüş aprelin 10-da Parisin (Fransa) “Park des Princes” stadionunda baş tutub. “Barselona” 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edilir ki, cərimə 32 min avro təşkil edib.

Bundan əlavə, “Barselona”nın bir səfər matçı üçün bilet satışına şərti qadağa qoyulub. Sınaq müddəti bir ildir.
Xatırladaq ki, aprelin 16-da Barselonada keçirilən cavab oyununda PSJ 4:1 hesabı ilə qalib gəlib. Beləliklə, Fransa klubu ümumi hesabda 6:4 üstün olmaqla Çempionlar Liqasının yarımfinalına yüksəlib.

ƏN ÇOX OXUNANLAR

  • 10
NATO Ukraynaya söz verdi
0.037636995315552