Son 5 ildə Azərbaycanda əlilliyə görə orta pensiya 2,3 dəfə, sosial müavinətlər isə 3,5 dəfə artıb.
Ölkə.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə müzakirəsi zamanı bildirib.
“Azərbaycanda əlilliyə görə 541 min nəfər sosial ödəniş alır. Bunun 256 mini pensiya, 198 mini müavinət, 87 mini təqaüd alır. Əgər 2018-ci ildə əlilliyə görə ümumi ödəniş 1,2 milyard manat idisə, hazırda 2,5 milyard manata yaxınlaşır. Təkcə əlilliyi olan insanlara ödədiyimiz vəsaiti 1,3 milyard manata yaxın artırmışıq”, - o vurğulayıb.
Mürtəza
Ölkə.Az