- 5
ENDİRİLİR
ENDİRİLİR
TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlıq haqqında arayışlar üçün 40 manat civarında, sürücülük arayışına görə 50 manat müəyyən olunub. Qiymət fərqi tibbi müayinələrin sayından, ixtisaslı həkim müayinələrindən, laborator müayinələrdən və s. asılıdır”.