Kürdəmir rayonunda toyda rəqs üstündə dava salan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Köhünlü kəndində baş verib.
Belə ki, 1986-cü il təvəllüdlü Zabil Vəliyev (şərti) kənddə keçirilən toy mərasimində yeyib-içib.
Həmin gün saat 17 radələrində toyda müğənniyə dəfələrlə müsiqilər sifariş verib, rəqs edən zaman həmkəndliləri ona maneə olduğu üçün aralarında mübahisə yaranıb. Mübahisə qısa müddətli davaya çevirilib. Sərxoş olduğu üçün uca səslə onların ünvanına nalayiq ifadələr işlədib.
Toyda iştirak edən digər şəxslərlə onu sakitləşdirməyə çalışsalar da, sərxoş olduğu üçün heç kimə olmayıb. Onun rəqsinə maneə olan Rüfətə (şərti) hücum edib. Rüfət ondan şikayətçi olaraq polisə məlumat verib.
Məhkəmənin qərarı ilə Zabil İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə ittiham olunub və 10 gün müddətində inzibati qaydada həbs edilib.